Dünən aksiyada saxlanılmağım

Polis idarəsində mühitə və münasibətə reaksiya olaraq qaragüruh, neqativ və nifrət dolu olmaq çox asandır. Mühit adamı buna sürükləyir. Buna baxmayaraq nifrətə, qaragüruha, neqativliyə qarşı ziyamızın, işığımızın daha da genişlənməsi, mədəni dünyagörüşümüz, inandığımız dəyər və vərdişlərlə (qeyri-zorakılıq, açıqlıq və xoş niyyət) durmalıyıq. Standartı aşağı endirmək olmaz. 

Mən sadəcə olaraq zorakılıqla saxlanıldım. Amma bu yolda daha çox saxlanılmış, həbslər görmüş, fiziki qəddar zorakılıqlar görmüş insanlar var. Dünən çox qəddar zorakılığa məruz qalmış Zaur Əkbər var. Onlar qəhrəmandılar. 

Suyun, dubinkanın altında islanaraq həyat və bahalı kameralarını riskə atan jurnalistlər, fotoqraflar var. Abbas, Əziz, Cahangir, Mehman və digər qəhrəman media aktivistləri var. Hər birinə gözlərinə, mübarizəsinə, əzminə və işığına görə təşəkkür edirəm. 

Mühitimiz qaranlıqdır, işığımızı söndürməməliyik. Mühit qaranlıq olduqca bizim işığımız daha da gur yanmalıdır. Standartı da həmişə yüksək saxlamalıyıq. 

Bir daha hər birinizə təşəkkür edirəm!

Advertisements

90-lar

Oğurlanan N!DA-çılar uyğun olaraq 1992, 1993, 1995 təvəllüdlüdür. 80-lərə qarşı mənəvi terror tətbiq etdilər. İndi də 90-lara keçiblər. 90-lar bu höküməti heç zaman qəbul etməyəcək. 90-lar tamam başqa nəsildir. Məhlədə valideynlərindən topu sms-lə istəyən (yeni media texnologiyalarını yaxşı bilən); heç bir lider kultunu, doqmanı yaşamağa qoymayan; azad, sərbəst nəsildir. 90-lar müstəqil Azərbaycanın azad olmaq istəyən nəslidir.
 

Azərbaycanda Cahangir olmaq çətindir

Bilirsiniz ki, Şeyx bulvara gedə bilmir, şəhərdə normal gəzə bilmir? Səbəb şəhərdə olan qeyri-tolerant gədə-güdələrin onun qeyri-adi xarici görünüşünü, saqqalını, yaradıcı stilini qəbul edə bilməməsidir. Hər dəfə onunla gəzəndə Şeyxin ünvanına səslənmiş təhqirlər, lağ-lağılar eşidirəm.
O gədələr hələ də anlamırlar ki, tolerantlıq bəyənmədiyin nəyisə qəbul etmək demək deyil. Tolerantlıq bəyənmədiyin nəyisə qəbul etməsən belə onun varlığına dözməkdir. Tomas Cefersonun belə bir sözü var idi “Qonşumun Allahın sayının 20 olmasını deməsi və ya Allahın mövcud olmaması haqqında nəsə deməsi məni elə də zədələmir. Onların belə deməsi nə mənim cibimə təsir edir, nə də ayağımı qırır”. İndi o gədələrdən soruşmaq lazımdır, “Ay tərbiyyəsiz! saqqal, yaradıcı geyim, saç düzümü səni niyə incidir?!”
Bu şeylərin tezliklə düzələcəyinə inanacaq qədər sadəlövh deyiləm. Bu bir çoxlarınıza kiçik detal kimi gələ bilər. Kiçik amma əhəmiyyətli detaldır. Cəmiyyətin tolerantlıq, fərdi azadlıqlara hörmət səviyyəsini ölçməyə imkan verəcək detaldır. Bunun da düzəlməsi üçün ölkədə 1. İctimai-siyasi dəyişikliklər 2. Mədəni dəyişikliklər olmalıdır.
Düzəldəcəyik!

Rəhman Bədəlov nə deyib?

Çox hörmət etdiyim ictimai xadim, Rəhman Bədəlovun siyasətə dair fikirləri:

– Обращаюсь к вам, но в сущности, ко многим другим. Позиция: “я не верю”, “что они сделали”, “должен возникнуть другой полюс силы” и пр., пр. позиция не только ошибочная, но и крайне опасная. Потому что внутри своей страны мы отстранились и от власти, и от оппозиции. Нас нет, есть другие, пусть придут и сделают мне “приятное”. Главная проблема нашей страны мы с вами. Где взрыв негодования, когда наш Президент стал античеловеком года? Нам удобнее, приятнее ополчаться на оппозицию. Давайте это признаем, это во-первых.
 
Во-вторых (случайно нажал не на ту клавишу, поэтому продолжаю). Был такой умный политолог Дмитрий Фурман. К сожалению умер. О нем легко прочесть с Интернете. Он хорошо знал, все что происходило в нашей стране. В конце 90-х он считал нашу оппозицию самой сильной на всем постсоветском пространстве.Мы это не успели заметить. Искали у кого нос большой, или у кого большие уши. В результатеи человек такого масштаба как Иса Гамбар не стал даже депутатом (кто стал депутатом, все мы хорошо знаем) и мы не поняли, чтот потеряли все мы. Наши с вами “мозги” оказались невостребованными. Их место занял гламур (ах, Моника Белуччи) и радикальный ислам (Рафику Таги не жить) Не хочу быть адвокатом ни Исы Гамбара, ни оппозиции. Говорю о другом. о нас с вами. Которые не должны говорить верю, не верю, а хотя бы как в Москве обидеться, разозлиться на то, что нас, вас лишают голоса. В том числе голоса, против оппозиции. И если это не произойдет, не будет происходить, вся наша полемика окажется разрушительной, потому что ничего приятнее для нашей преступной власти придумать невозможно. В-третьих, мы не умеем слушать других. Вот что пытается нам сказать Рашад Ширин. Единый кандидат это не вопрос оппозиции и того верим мы или не верим. Это вопрос касающийся нас с вами. Вопрос о том, хотим мы что-то изменить в нашей стране или поскольку многие из тех, кто пишет на ФС с голоду не умирают (и даже больше) можно с усталым (есть такое точное русское сленговое слова: “утомленный”, именно сленговое, а не обычное) видом рассуждать. Это и есть главное. выйти из оцепенения, из долгой спячки (спасибо Сабиру, предлагал нас не будить). Теперь последнее, извините мой возраст, вступать с вами и с другими в полемику не буду. Хотите задумайтесь, хотите нет. Внукам давно предложил такой слоган :”слушать меня обязательно, слушаться не обязательно”. Они с умным видом возразили: “раз слушаться не обязательно, то не будем слушать”

 

Emin Milli vs Elçibəy söhbətinə dair fikirlərim

Mən Emin Millini də, Əbülfəz Elçibəyi də dissident hesab edirəm. Hər ikisi həm fərdi xüsusiyyətlərinə, həm də məqsədlərinə görə mənim üçün Azərbaycan tarixində önəmli rol oynayan insanlardılar. Əbülfəz Elçibəyi mən lider hesab etmişəm və yenə də edirəm. Azərbaycanın müstəqilliyinin əldə edilməsində onu ən önəmli rolu olan insanlardan biri sayıram. Eminin postu bu faktı mənim üçün dəyişmir. İnanıram ki, Əbülfəz Elçibəy sağ olsaydı, Eminin bu postuna tamam başqa reaksiya verərdi və Eminin açdığı bu müzakirəni fərqli idarə etməklə, qanacaqlı müzakirə mühiti yaratmaqla ictimai fikir tariximizə çox önəmli fayda vermiş olardı. Eşitdiyimə görə gənclərlə müzakirədən qaçmazdı, onlarla həmişə danışardı. 

Mənə maraqlıdır, Emin Milli Elçibəy haqqında bu postu yazaraq özü onu Azərbaycanın tarixində hansı yerə qoyur? Onun əməyini necə qiymətləndirir? Mən məsələn, dəyər verdiyim insanlardan kimisə tənqid edəndə, öncə onun müsbət hesab etdiyim keyfiyyətlərini, nəyə görə dəyər verdiyimi qeyd edir sonra tənqidimə keçirəm. Emin Elçibəyin hansı müsbət işlərini görür? Yaxşı olardı ki, bu haqda da yazardı. 

Cəmiyyətə işıq saçan bir aydın başqa işıq saçmış aydının işığını söndürməklə öz işığını gur etməsin. Nəyisə qiymətləndirsin, aydın aydının haqqını versin. 

Elçibəy də zamanında gündəmi dəyişərək ölkəmizi dəyişdi, Emin də bu gün gündəmə təsir edərək ölkəmizi dəyişir deyə düşünürəm. Dissident olmaq budur işte. Dissident camaatın xoşuna gələni söyləyən deyil, sağlıq deyən deyil. Dissident yeri gəlsə, cəmiyyəti ağrıdandır, qıdıxlıyandır, dingildədəndir. Elçibəy də bunu edib, Emin Milli də bunu edir. Burda mən əsla, Elçibəylə Emini nailiyyətlərinə görə bir yerə qoymuram. Elçibəyin konkret nailiyyətləri var. Emin isə bu yolda irəliləyir.

Azərbaycanın tarixində önəmli rolu olmuş insanların bir-birini tənqid etməsini neqativ bir şey hesab etmirəm. Əksinə faydalıdır. Bizim düşərgənin üstünlüyü də budur ki, sevgimizi də, tənqidimizi də, müsbət keyfiyyətlərimizi də açıq şəkildə hər kəsin gözü qarşısında ifadə edə bilirik. Totalitar təfəkkürün qarşısında biz bu səmimiyyətimizlə, inanaraq əməl etdiyimiz dəyərlərlə (ifadə, tənqid və sual vermək azadlığı) durmuşuq və bundan narahat olmağa ehtiyac yoxdur. Ağrıdır bəli. Amma bu şəxsiyyətli ağrıdır, gələcək üçün ibrəti olan ağrıdır.

 

Mətni bir oxuyun, görün tanış gəlirmi? :)

Ölkəni iş üçün, ərzaq üçün növbələr bürüyüb. İnsanlar narazıdılar. Diktator nazirlərin toplantısını çağırır. Bir-birinə nifrət edən nazirlərdən ikisi məruzə edir. Daxili işlər naziri deyir ki, biz qanun çıxartmışdıq ki, 5 nəfərdən artıq adamlar bir yerə yığışa bilməz. Buna əməl etməliyik, insanlara növbədə durmağı qadağan etməliyik. Bu müxalifətin işi ola bilər, onlar xalqı qızışdırıb növbələrdə durmağa sövq ediblər. 

Bu zaman xarici işlər naziri etiraz edərək deyir ki, “cənab rəhbər, biz elə davranmalıyıq ki, bizim ölkəmizdə ancaq bir partiyanın, bir rəhbərin olduğunu və ölkəmizi qorxunun idarə etdiyini iddia edən beynəlxalq qüvvələr bu növbələrdən bizim əleyhimizə istifadə etməsinlər, imicimizə ziyan vurulmasın”. 

Daxili işlər naziri dərhal etiraz edərək durur ayağa və diktatora müraciət edərək sual verir: “Xarici işlər naziri onu demək istəyir ki, bizim ölkəmiz beynəlxalq qüvvələrdən əmr alır?!” Bu sualı eşidən diktator qıcıqlanır və daxili işlər nazirindən soruşur: “Cənab nazir, siz onu demək istəyirsiniz ki, mən beynəlxalq qüvvələrdən əmr alıram?!

Daxili işlər naziri cavab verir: “Yox ali rəhbər! Mən sizin haqqınızda danışmırdım. Mən ölkəmiz haqqında danışırdım”. Bu zaman diktator yenidən qəzəblənir və soruşur: “Bəyəm mənimlə ölkə arasında fərq var?! Biz mənimlə ölkə arasında heç bir fərq olmadığı haqqında danışmamışıqmı?!”

Bundan istifadə edən xarici işlər naziri dərhal ayağa durur və “Bizim dahi rəhbərimiz bizim dahi ölkəmizdir, bizim dahi ölkəmiz bizim dahi rəhbərimizdir!” və “Rəhbərimiz və ölkəmiz vahiddir, eynidir!” şüarlarını təkrar-təkrar ucadan səsləndirməyə başlayır. Bunu eşidən digər nazirlər də ayağa durur və eyni şüarı səsləndirməyə başlayırlar. 

Daxili işlər naziri vəziyyətin pis olduğunu görür, ayağa durmaqdansa rəhbərin qarşısında baş əyərək dizləri üstə yerə əyilir və nəsə deməyə başlayır. Bunu görən diktator şüar səsləndirən nazirlərə oturmaq əmri verir ki, daxili işlər nazirinin dizi üstə nə dediyini eşidə bilsin. 

Daxili işlər naziri dizi üstə deyir, “Bütün dünyada dahi rəhbərin dahi ölkəmiz, dahi ölkəmizin dahi rəhbərimiz olduğunu bilməyən yoxdur. Həm də məlumdur ki, dünyanın bir çox liderləri bizim dahi rəhbərimizi qısqanırlar. Mən onu deyirəm ki, icazəsiz növbələr qadağan edilsin və ölkəmizin daxilində, xaricində olan düşmənlər bundan sizə qarşı istifadə edə bilməsinlər. Əlbəttə ki, mən bütün ürəyimlə sizin ölkəmiz, ölkəmizin də siz olmasına inanıram və təklif edirəm ki, bu konstitusiyada da öz əksini tapsın. Sizin qarşınızda and içərək söz verirəm ki, özüm şəxsən Parlamentdə konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı dinləmələrə başlayacam”

oxuduğum kitabdan bir parça 🙂

Kitabın adı: Wizard of the Crow

Xaricdə yaşayan, işləyən, oxuyan gənclərimizədir sözüm

Ölkəmizlə bağlı özünüzdə ictimai, siyasi, peşəkar maraq yaradın. Gələcəyə özünüzü bu ölkədə ictimai, siyasi vəzifə tutacaq insanlar kimi təsəvvür edin. Sahibkarlığa, pul qazanmağa, bələdiyyələrdə təmsil olunmağa iddialı olun. Universitetlər açmağa, QHT-lər təsis etməyə iddialı olun. Şirkətlər təsis etməyə iddialı olun. İddialarınızda, planlarınızda, xoşbəxt həyat xəyalınızda ölkəmizə yer edin. Bu ölkəyə qayıtmaq həmişə mümkündür, amma oxumağa, iş təcrübəsi yığmağa xaricə getmək həmişə mümkün deyil. O üzdən heç kəsin sizi qınamaq haqqı yoxdur. Sadəcə bir vətəndaş kimi arzum budur ki, bütün keyfiyyətiniz, düşüncələriniz, gələcək planlarınız ölkəmizlə bağlı olsun. Gələcəkdə qayıdıb gəlməniz üçün, bu iddiaları canlı saxlayın, özünüzdə maraq və mənafe yaradın. Və o mənafelərin gerçəkləşməsi üçün çalışın.

Hörmətlə,
Ruslan Əsəd