Tənqid

Məktəbdə bizə nə öyrədirdilər?

Məktəbdə bizə nə öyrədirdilər?

Burda məktəbdə oxuyanda kitabı oxuyurduq, oxuduğumuzu yadımızda saxlayırdıq və sonra dərsi danışanda kitabda nə oxumuşuq onu danışırdıq, özümüz qalırdıq bir kənarda. Müəllim də özümüzlə bağlı yox, bizim fikri yox, müəlliflə bağlı soruşurdu. Təhsilimizdə müəllifpərəstlik var. Müəllimin və müəllifin əsiri olaraq böyüyüb axırda filankəs müəllimlərə işləyirik və yanımıza gələnə də “səni kim göndərib” sualını veririk. Çünki bizim özümüzü məktəbdə sındırıblar deyə, başqasının özünü bir azad insan kimi qəbul edə bilmirik, gərək onu da kakoy to “filankəs müəllim” göndərsin. ABŞ-da məktəbdə isə kitabı oxuyurduq, oxuduğumuzu özümüzə əlavə edirdik və özümüzü anladırdıq. Beləcə də özümüzü müəllim qarşısında şəxsiyyət, adam hiss edirdik. Oxuduğumuz müəllifi tənqid etmək azadlığımız var idi və bu ən müqəddəs azadlıqlardan biri idi. Çünki bu tənqid yaxşı əsaslandırılmış və ifadə edilmiş tənqid olsaydı yaxşı qiymət ala bilərdik.

Sizləri də 150 Hərəkatına dəvət edirəm. 150 Hərəkatında heç bir xüsusi üzvlük, rəhbər, prosedur filan yoxdur. Hər şey çox sadədir. Əgər siz təhsillə bağlı 3T = Tənqid, Təklif, Tələb edirsinizsə o zaman 150 Hərəkatının üzvüsünüz.

Twitterdə isə #150Herekati tag-indən istifadə edə bilərsiniz.

Mikayıl Cabbarov söhbəti çox şişdi

Mikayıl Cabbarov söhbəti çox şişdi

Bu Mikayıl Cabbarov söhbəti nəsə çox şişdi. Məni maraqlandıran bu idi ki, adam təkzib yazsın, o yazdı, mən də ona inanıram. O cür davranış mənə dostlarımın haqqında danışdığı Mikayıl Cabbarova aid ola bilməz. Mən isə dostlarıma inanıram. Təyyarədə o cür kobudluq edəcək məmurlarımız var və kaş bu məqalə o məmurlar haqqında yazılmış olardı. Biznes klasda uçmaq məsələsi haqqında olan tənqidləri isə tamamilə normal hesab edirəm, hətta mile-lları toplanmış olsa belə hər bir məmur belə addım atanda çox diqqətli olmalıdır. Mətbuat azadlığı çox məhdud olduğundan bizdə məmurlar ictimai qınaq qarşısında ehtiyyatlı davranmağa öyrəşməyiblər. Yaxşı ki, konkret məsələ üzərində bu cür tənqidlər gəldi və bir presedent yaratmış olacaq. Necə ki, Türk jurnalistə cavab verdi, yaxşı olardı ki, biznes klas məsələsi ilə bağlı da açıqlama versin. O zaman həm də siyasi-ictimai tariximizdə yeni bir mədəniyyətin əsasını qoymuş olardı. O təyyarə söhbətindən o tərəfə istər bu biznes klass məsələsində, istərsə də başqa məsələlərdə onu müdafiə edənlər isə çox uzağa etmiş olurlar. Mənim müdafiə sərhəddim, təyyarə məsələsi idi. Onu da etdim. Qalan məsələlərdə gələn tənqidləri (dəxli yoxdur kimə) isə ictimai tariximiz üçün çox faydalı hesab edirəm. Yaxşı olar özü həm də bu tənqidlərə cavab versin. Onu da inanmıram etsin, çünki sistemin mahiyyətinə görə hansısa məmurun bu cür şeylərə cavab verib presedent yaratmaq, “yaxşı oğlan” olmaq hüququ çox məhduddur.

Mən belə başa düşdüm ki, Mikayıl Cabbarov söhbətində iki cəbhə var: “Filankəsin xətrinə dəyməyin, sabah lazımi məqamda (?) dəstək verəcəklər” vs “Məmurun əməlinə dəyin, tənqid edin, ictimai fiquru saf-çürük etmək lazımdır” cəbhələri. Mənim mövqeyim ikinciyə yaxındır. Hesab edirəm ki, adından, kimliyindən, vəzifəsindən, kimin dostu olub-olmamasından asılı olmayaraq məmur (public servant) tənqid edilməlidir. Əgər bu tənqidlərdən küsəcəksə demək ictimai vəzifə onluq deyil. Yox əgər tənqidi ictimai-siyasi prosesin oyun qaydaları kimi qəbul edirsə, o zaman ictimai qınaqdan fürsət kimi daha yaxşı, daha peşəkar ictimai adam olduğunu göstərəcək. İctimai tənqid məmur üçün bir tribunadır, fürsətdir. İstədiyi kimi yararlana bilər.

Bakı Dövlət Universiteti haqqında hələ bunları deməmişdim

Bakı Dövlət Universitetini bitirməyimə baxmayaraq mən oranın bəzi müəllim, dekan heyətinin, rektaratlığının, orda-burda fırlanan bəzi qalstuklu iş bilməz həmkarlar üzvlərini və s…bütün idarəçilik mexanizmini mənəviyyatdan yoxsul, qanacaqsız, adamı bir sənəd üçün süründürən, sistemin ən faciəvi qurbanları hesab edirəm! Bir rəfiqəm gedib universitetə rekomendasiya məktubu almağa, ona itin zülmünü verirlər. Qız əsəbindən az qalır ağlasın. Alçaqlar. Sonra da utanmırlar tələbəyə qayğıdan, universitetin uğurlarından danışırlar debil, tərbiyyəsizlər, qanacaqsızlar!

Qəzəbimə görə hər kəsdən üzr istəyirəm. Məhz bu cür problemlərə görə “150 Hərəkatı“-nı canlı saxlamalıyıq. Təhsil haqqında Tənqid, Təklif, Tələb (3T)-mizi hər yerdə yazmalıyıq. 150 Savadsızlıq simvoluna çevrilməli və haqqında hər yerdə danışmalıyıq.

https://twitter.com/#!/search/?q=%23150Herekati&src=hash