Day: August 2, 2012

90 il qaranlıqda

90 il qaranlıqda

Şaxtada işləyəndən soruşurlar ki, sən neçə gündür şaxtadasan? Deyir 3 gündür. Əslində isə adam şaxtada 10 gün olub. Ona elə gəlir ki, 3 gündür ordadır. Biz də millət olaraq elə bir qaranlıqdayıq ki, bizə bu 20 il (Müstəqillik dövrü), 70 il (Komunistlərin dövrü) gələ bilər. Amma biz bu qaranlıqdan çıxıb digərlərinin yaşadığı aydınlığa baxanda onda dərk edəcəyik ki, əslində biz qaranlıqda bildiyimizdən daha çox qalmışıq və dünya sivilizasiyası qarşısında nələr itirmişik, necə onun qarşısında məğlub olmuşuq.

Məhz bu anın gücünə görə o əsgər xalqına atəş açmadı.

Məhz bu anın gücünə görə o əsgər xalqına atəş açmadı.

Bu şəkil məni çox təsirləndirdi.
Bu tək bir ananın, bir qadının gücü deyil.
Bu bir anın gücüdür. Azadlıq duyğusunun gücüdür. Məhz bu anın gücünə görə o əsgər xalqına atəş açmadı.