Day: August 24, 2012

Liberalın Konservativi öldürməsi

Liberalnan Cin qarşılaşır. Liberal Cindən xahiş edirki onun 3 arzusunu Cin yerinə yetirsin.

Cin cavab verir: “Mən bunu ancaq bir şərtlə edə bilərəm ki, sən əldə etdiklərini digərləri ilə paylaşasan”.

Liberal: “Mən liberalam. Həmişə paylaşmağa hazıram.”

Cin: “O zaman sənin arzuladığın hər bir şeyin iki dəfə çoxunu konservativlərə verəcəm. İlk arzun nədir?”

Liberal: “Mən idman maşını istəyirəm”

Cin: “OK. Sən idman maşını əldə edirsən və ölkədə olan hər bir konservativ adamın hərəsi 2 idman maşını əldə edir. İkinci arzun nədir?”

Liberal: “1 milyon dollar istəyirəm”

Cin: “OK. Sən 1 milyon dollar alırsan və ölkədə olan konservativ adamların hər biri iki milyon dollar alır. Sənin 3-cü və sonuncu arzun nədir?”

Liberal: “Mən həmişə böyrəyimi ianə olaraq vermək istəmişəm” 😀
Bu Amerikada idealoji mübarizə prosesi dövründə yaranmış lətifədir. Sual verə bilərsiz. Bu lətifələr niyə yaranır? Çünki siyasi və idealoji rəqabət mühiti var. Siyasi rəqabət ölkəni həmişə canlı saxlayır və insanlar da bu canlılıqdan, mühitdən istifadə edərək yaradıcı olurlar – bu cür lətifələr və s…yaradırlar.