Day: August 15, 2012

The Tree of Life (Həyat Ağacı) filmindən cızma-qara

Həyat Ağacı (The Tree of Life) filminə baxdım. Film mənə mənəvi olaraq çox ağır təsir etdi. Filmdən götürdüyüm qeydləri (bəziləri mənasız gələ bilər. Onları sadəcə film zamanı yaşamaq lazımdır. İnsanın o anla olan rabitəsi məsələsidir) paylaşıram.

  • Həm Amerikanlını həm də Azərbaycanlını “Allah verirsə, Allah da alır” ifadəsi birləşdirir.
  • Atası ölmüş uşağı haqqında düşünərək deyir, “Ondan üzr istəmək şansım olmadı”
  • Təbiət təsvirləri mənə çox təsir etdi. Biz də insan olaraq təbiətin bir parçasıyıq, ondan ayrı deyilik. Təbiətə dəyişdikcə biz də dəyişirik.
  • Uşaq cinayətkarları görür və anasından soruşur, “Bu hər insanın başına gələ bilər?”
  • Uşaq Allaha dua edərək ona deyir, “Mənə kömək et yalan danışmayım”
  • Uşaq Allaha müraciət edərək deyir, “Mənə baxırsanmı? Mən sənin nə olduğunu bilmək istəyirəm. Sənin gördüklərini görmək istəyirəm”
  • Ata otağa girir uşaqlarının üstünü açaraq onları yuxudan oyadır. Uşağ kostyum və qalstuk geyinir, atasının klassik musiqi ifasına qulaq asır.
  • Uşaq qapını bərk bağlayır. Atası uşağa tapşırıq verir ki, qapını 50 dəfə açıb örtməklə qapını yavaş bağlamağı öyrənsin
  • Atası uşağına məsləhət verərək deyir ki, dünyada irəli getmək üçün fierce (inadkar, ürəkdən gələn, möhkəm, çılğın) iradə lazımdır. Yaxşı insan olsan insanlar səndən sui istifadə edəcəklər.

Bizim irəli getməmiz üçün biz bəxtimizdən və taleyimizdən daha böyük bir şey tapmalıyıq. O böyük şeydən başqa heç nə bizə sülh gətirə bilməz

  • Uşaq anasından soruşur, “Sən dəmi öləcəksən?”
  • Uşaq atası haqqında fikirləşərək deyir, “Əgər sən yaxşı insan deyilsənsə mən niyə yaxşı insan olmalıyam?”
  • Atası uşağına deyir, “İdeyalara sahiblənmək lazımdır. Mən 27 patentin müəllifiyəm. İdeyaları tikə-tikə (paltar kimi) formalaşdırmaq lazımdır”

“İnsan özü özünü düzəldir. Sən öz taleyini özün idarə etməlisən” deyir atası uşağına

  • Uşaq stol ətrafında atasına “sakit ol” deyir. Atası əsəbləşir, stolu dağıdır, uşaqları qovur. Anasını da uşaqları ona qarşı qaldırmaqda ittiham edir.
  • Uşaq anasından atasının harda olduğunu soruşur. Anası deyir səfərə gedib və uşaqlar çox sevinir, oynamağa başlayırlar.
  • Uşaq anasına deyir ki, mən sənin dediyini yox, özümün istədiyimi etmək istəyirəm.
  • Atası uşağından soruşur, sən subyektiv fikrin nə olduğunu bilirsən? Və oğluna deyir, “Subyektiv fikir o fikirdir ki, sənin öz beynindən gəlir”
  • Uşaq atasına “Bu sənin evindir. Məni nə zaman istəsən qova bilərsən deyir”
  • Uşaq Allahdan atasını öldürməyi diləyir
  • Uşaq qardaşına deyir ki, barmağını şarik atan tüfəngin lüləyinin qabağına qoysun. Qardaşı qoyur, bu da ataraq qardaşının barmağını zədələyir.
  • Uşaq deyir, “Mən istədiyimi yox, nifrət etdiyim şeyi edirəm”

Atası uşağına deyir, “Mən sənin həmişə güclü insan olmağını, özün özünə Bos olmağını arzulamışam. Bəzən sənə qarşı sərt olmuşam. Mən bununla fəxr etmirəm. Uşaq qayıdır atasına cavab verir, “Mən ən azı sənin qədər pisəm”

  • Xoşbəxt olmanın bir tək yolu var. O da sevməkdir.
  • Axtar və Ümid et

Film zamanı yaşadığım hər şeyi çatdıra bilmərəm. Çünki bəzi şeylər var, yaşayırsan və paylaşa bilmirsən. Söz tapmırsan, birləşmə tapmırsan, sadəcə yaşayırsan. Mənim paylaşa biləcəklərim bu qədər.