The Usual Suspect (Həmişəki Şübhəli) filmindən cızma-qara

The Usual Suspect (Həmişəki Şübhəli) filmindən cızma-qara

The Usual Suspect (Həmişəki Şübhəli) filminə baxmağı mənə çoxdan tövsiyyə edirdilər. Mən də həmişə olduğu kimi filmlərə, musiqilərə onlar çıxandan bir 10 il sonra baxıram :). Sözüm onda deyil. Filmdən bəzi qeydlər götürdüm. Onları yazıb, haqqında da bir az şərh verəcəm.

Adamın yoxdursa demək sənə xəyanət edəcək heç kimin yoxdur

– Bu ifadədən mənim çıxartdığım fikir budur ki, layihələr qurulanda, təşkilatlar yaradılanda gərək insanlar üzərində yox, ideya üzərində qurulsun. İnsanlar gələr gedər. İnsanlar satar da. Amma ideya satmaz, ideya satılar və uğur qazanılar. Bizdə indiyənə kimi bu cür layihələr olubmu? Müasir zamanda demək çətindir. Amma keçmişimizə və bu günümüzə baxsaq açıq olaraq bu cür layihəyə ADR-i misal gətirə bilərik. Həmən adamlar yoxdur, amma ideya yaşayır.

Şeytanın həyatda etdiyi ən böyük gediş bütün dünyanı özünün mövcud olmadığına inandırması olub

– Buna şərhim yoxdur. Sadəcə çox maraqlı ifadədir. Üzərində nəsə çox düşündüm 🙂

Onlar anlayırdılar ki, güclü olmaq üçün pul, çoxlu adam və böyük resurslar lazım deyil. Güclü olmaq üçün başqasının edə bilməyəcəyini edə bilmək lazımdır.

– Şərə qarşı mübarizənin ən yaxşı yolu şərdə olan keyfiyyətlərə sahib olmamaqdır. Şəri rədd etməyin ən yaxşı yolu şərdən daha peşəkar, dəyərli, saf olmaqdır. Ümumiyyətlə unikal uğura gedən yol fərqli olmaqdadır. Mən özüm üçün indiyənə kimi çox fikirləşirəm, unikal nə edə bilərəm ki, heç kəs etməyib, o sahə boşdur, toxunulmayıb. Amma hələ tapmamışam, axtarışdayam, eksperimentlər edirəm, inanıram ki, alınacaq.

Mən Allaha inanmıram, amma ondan qorxuram

– Şərhsiz. Düşündürücüdür.

Leave a comment